With such a broad denotation, there is no universal language or unifying institution for designers of all disciplines. This allows for many differing philosophies and approaches toward the subject (see Philosophies and studies of design, below). The person designing is called a designer, which is also a term used for people who work professionally in one of the various design areas, usually also specifying which area is being dealt with (such as a fashion designer, concept designer or web designer). A designer's sequence of activities is called a design process. The scientific study of design is called design science.Additional definitions, Design is planning to manufacture an object, system, component or structure. Then, the word "design" can be used as a noun or a verb. In a broader sense, the design is an applied art and engineering that integrate with technology. With a design definition is fairly broad, the design has a myriad of specifications that professionals in their fields, and yet there is one institution that can collect all of the manifesto of the design as a whole, although it does not mean we do not find the schools that initiated the birth of designers.Substantial disagreement exists concerning how designers in many fields, whether amateur or professional, alone or in teams, produce designs. Dorst and Dijkhuis argued that "there are many ways of describing design processes" and discussed "two basic and fundamentally different ways",[9] both of which have several names. The prevailing view has been called "The Rational Model",[10] "Technical Problem Solving"[11] and "The Reason-Centric Perspective".[12] The alternative view has been called "Reflection-in-Action",[11] "Evolutionary Design",[8] "co-evolution",[13] and "The Action-Centric Perspective".[12]

Ağıllı Saatlar Artıq Həyatımıza Girməyə Başlayır

Ağıllı Saatlar Artıq Həyatımıza Girməyə Başlayır

Keçən il ağıllı saatlar üçün olduqca əhəmiyyətli bir il idi: Apple uzun zamandır gözlənilən Apple Watch ilə bazara daxil oldu, Samsung və Pebble yeni modellərini sərgilədi. Bütün bu markaların ortaq cəhəti isə Google’un Android Wear platformasında çalışması idi. İnsanlar hər nə qədər ağıllı saat almasalar da, onlar haqqında danışdı, yazdı və suallar verdilər. Lakin, artıq vaxt yetişib. Hazır olun, çünki ağıllı saatlar günü-gündən populyarlaşmağa və daha geniş yayılmağa başlayır.

Bunun ən böyük sübutu isə məşhur saat markası olan Fossil şirkətindən gəldi. Ənənəvi saat brendi növbəti ilə qədər bütün qolbaq və saatlarını 100% ağıllı texnologiyalara uyğun edəcəyini bəyan etdi. Bu məhsullar ilk baxışda dəbli bir qolbaq və ya bilərzik kimi görünsələr də, içərisində fitness tracking (fəallıq təqibi) və kod xüsusiyyəti var. Q Grant və yeni tanıdılan Q54 Pilot modeli də bənzər xüsusiyyətləri özündə ehtiva edir: hər ikisi ənənəvi Fossil analoq dizaynına malik olub, fəallıq ölçüsü xüsusiyyətini saxlayır, bununla yanaşı Android və İOS cihazlarına uyğun çalışır. Bütün bu xüsusiyyətlərinə baxmayaraq, güclü ağıllı saat markaları ilə göstəricilər mövzusunda rəqabət etmək çətin görünür.

Belə görünür ki, ilk dəfə Withings Activite saat markasının bazara çıxardığı ağıllı analoq saat dəbini Fossil davam edəcək. Fossil rəqabəti artırmaq üçün daha yüksək keyfiyyətli ağıllı saat olan Q Founder’i bazara çıxardı. Android Wear’a gələn IOS dəstəyi ilə həm IOS, həm də Android əməliyyat sistemini olan cihazlarda işləyir. Q Founder tamamilə touchscreen, səsə nəzarət xüsusiyyəti və Android Wear təchizatı təqdim edən Motorola, LG, Huawei kimi markaların təqdim etdiyi xüsusiyyətlərin hamısını birlikdə təqdim edir. Fossil bir tərəfdən texnoloji yeniliklərlə ayaqlaşır, digər tərəfdən isə illərdir vərdiş etdiyimiz klassik xəttini qoruyur. Saat klassik dizaynı sayəsində qolunuzda “Mən kompüterəm” deyə bağırmır, normal saat təəssüratı yaradır. Bu nöqtəyə diqqət etmək olduqca mühümdür, çünki ağıllı saatlar gələcəkdə ənənəvi saatların yerini tutacaqsa, insanlar hər zaman istifadə etdikləri və tanış olduqları dizaynlarla bu dəyişikliyin reallaşmasına ehtiyac duyacaqlar.

Hər nə qədər əvvəlki modellərinə görə Q Founder daha yüksək səviyyəli olsa da, yenə də məhz ağıllı saat göstəriciləri mövzusunda sizə ən yaxşsını təqdim etməkdən təəssüf ki, uzaqda qalır. Paslanmaz polad olan saat Amerikada 295$ qiymətinə bazara çıxdı ki, bu əslində rəqibləri Apple, Huawei və Motorola daha aşağı bir qiymətdir. Digər ağıllı saatlara görə daha ağır olub, geniş gövdəli quruluşu var. Ekranı kifayət qədər güclü deyil və parlaqlığı da kifayət etmir. Q Founder’ın ürək döyüntüsünü ölçmə xüsusiyyətninin olmaması, fəallıq ölçmə xüsusiyyətləri mövzusunda da onu bir addım geridə qoyur. Bütün bu mənfi xüsusiyyətlərdən başqa Q Founder Android Wear saatlarının edə bildiyi hər şeyi edir. Telefonunuzdan bildiriş ala, təbriklərinizə səsli cavab verə və Google axtarışlarınızı səsli olaraq edə bilirsiniz. Həmçinin, batareyası orta hesabla 1 gün dözə bilir. Fossil vurğunları üçün digər modellərindən görünüş və zəriflik mənasında heç bir fərqi yoxdur.

Bu məqamda ağıllı saatlarla bağlı ən mühüm mübahisə ağıllı telefonlar qədər “ağıllı” olmadığı və kifayət qədər funksiyalarının olmadığı istiqamətində olur. Hər nə qədər ağıllı saatlarda kifayət qədər funksiya olmasa da, ağıllı saat istehsalçılarının bu texnologiyaya investisiya etməkdən imtina etməyəcəklərini deyə bilərik.

cv formasi