Memarlıq layihəsi

Memarlıq layihəsi — Məkanın tikintisi üçün lazım olan cizgilər və texniki məlumatlar toplusudur.

Memarlıq-inşaat bölməsinə (memarlıq və konstruksiya) məkanın layihələndirilməsi üçün ümumi texniki məlumatlar, mərtəbələr üzrə plan, fasadların tipləri, kəsiklər və bölümlər, təməlinin planı, dam örtüyünün planı, dam örtüyü sisteminin konstruksiyası, arakəsmə konstruksiyalar, baca havalandırma kanalları, mərtəbənin planı, əsas hissələr və komponentlər, inşaat materiallarının spesifikasiyası (dəqiq sayı göstərilməklə tələb olunan tikinti materiallarının siyahısı) və digərləri daxildir.

Yeniliklərin tətbiqi, müasir düşüncə tərzi, layihələrə modern baxış – bu bizim yenilikçi olmağımızın sübutudur.

Siz seçin?

Eskiz layihə

  • Eskiz layihələr
  • Genplanın qruluşu
  • Mərtəbələrin planı
  • Fasadlar
  • Prespektiv görünüş
  • Zəruri kəsimlər
  • Dam örtüyünün planı

İşçi layihə

  • Genplan
  • Memarlıq hissəsi
  • Konstruksiya
  • Istilik sistemi
  • Su \ Kanalizasiya sistemi
  • Kondisioner və Havalandırma sistemi
  • Elektromontaj planı

Vacib qeyd: Layihənin vizualizasiyası sifarişçi tərəfindən təsdiqlənən plan, eləcə də mebelin yerləşmə planı və razılaşdırılan üslub seçiminə görə həyata keçirilir.
Əgər vizualizasiya mərhələsində mebelin yerləşməsini, və ya planı, eləcə də üslubu dəyişməyi və bununla da əlavə vizualizasiya əldə etməyi qərara alırsınızsa, o zaman bu cari qiymətə uyğun olaraq ayrılıqda ödənilir.

*Bütün planlar əlavələri və dəqiq ölçüləri ilə dizayner tərəfindən çap olunmuş formada sifarişçiyə təqdim edilir.
Müqaviləyə əsasən tərəflər digər informasiya daşıyıcılarından da istifadə edə bilərlər.